Bank Of Baku

İsraildə həbsdə saxlanılan Fələstin parlamentinin sədri azadlığa buraxılıb

İsraildə həbsdə saxlanılan Fələstin parlamentinin sədri azadlığa buraxılıb
# 23 iyun 2009 14:29 (UTC +04:00)
Bakı – APA. Üç ildir İsraildə həbsdə saxlanılan Fələstin parlamentinin sədri, HAMAS liderlərindən biri olan Əziz Düveyk azadlığa buraxılıb. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Ə. Düveyk və HAMAS-ın daha bir neçə siyasi xadimi 2006-cı ildə İsrail əsgəri Gilad Şalitin fələstinlilər tərəfindən oğurlanmasından sonra həbs ediliblər. İki tərəf arasında gedən danışıqlarda G. Şalitlə Ə. Düveykin dəyişdirilməsi ideyası tez-tez səslənirdi. Hələlik G. Şalitin sərbəst buraxıldığına dair məlumat yoxdur. “Reuters” agentliyi Ə. Düveykin səhhəti ilə əlaqədar buraxıla biləcəyi versiyasını irəli sürüb. Belə ki, 60 yaşlı Ə. Düveyk şəkərli diabet və hipertoniyadan əziyyət çəkir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR