Bank Of Baku

Şirin Ebadi Avropa Birliyini İran hökumətinə siyasi sanksiyalar tətbiq etməyə çağırıb

Şirin Ebadi Avropa Birliyini İran hökumətinə siyasi sanksiyalar tətbiq etməyə çağırıb
# 23 iyun 2009 15:51 (UTC +04:00)
Bakı – APA. Nobel mükafatı laureatı, iranlı vəkil Şirin Ebadi Avropa Birliyi ölkələrini İran hökumətinə siyasi sanksiyalar tətbiq etməyə çağırıb. APA-nın məlumatına görə, Ş. Ebadi AB ölkələrini İranda insanların öldürülməsi və həbs edilməsinə qarşı etiraz səslərini ucaltmağa səsləyib. O bildirib ki, İranda insanlara qarşı zorakılıq davam etdiyi müddətdə AB təmsilçiləri İran rəsmiləri ilə hər hansı görüş keçirməməli və müzakirə aparmamalıdır. Ş. Ebadinin bu mövqeyini çatdırmaq üçün AB nümayəndələri ilə görüşlər keçirdiyi xəbər verilir.

Qeyd edək ki, Ş. Ebadi demokratiyanın inkişafına verdiyi töhfələr, insan hüquqları, xüsusən də İrandakı qadın və uşaqların haqları uğrunda mübarizəsinə görə 2003-cü ildə Nobel sülh mükafatına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR