Bank Of Baku

Prezident seçkilərinin nəticələrinə etirazlarını ifadə etmiş 4 futbolçu İran milli komandasından qovulub

Prezident seçkilərinin nəticələrinə etirazlarını ifadə etmiş 4 futbolçu İran milli komandasından qovulub
# 24 iyun 2009 12:05 (UTC +04:00)
Bakı – APA. İranda keçirilən prezident seçkilərinin nəticələrinə etirazlarını və Mirhüseyn Musəviyə dəstəklərini ifadə etmiş 4 futbolçu milli komandadan qovulub. APA-nın İsrailin “Haaretz” qəzetinə istinadən verdiyi məlumata görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 17-də Seulda Cənubi Koreya yığması ilə matça qollarında M. Musəvinin rəmzi olan yaşıl sarğı ilə çıxan İran milli komandasının oyunçularından bəziləri cəzalandırılıb. Belə ki, 32 yaşlı kapitan Mehdi Mahdavikia, komandanın liderlərindən olan 31 yaşlı Əli Kərimi, 31 yaşlı Vahid Haşemian və 24 yaşlı Hüseyn Kaabi bir daha milli komandaya cəlb edilməyəcəklər. Onlara mətbuata müsahibə vermək də yasaqlanıb. Digər futbolçulara cəza verilib-verilmədiyi bəlli deyil.

Xatırladaq ki, meydana yaşıl sarğı ilə daxil olan oyunçuların əksəriyyəti fasilədə onlara edilən xəbərdarlıqdan sonra sarğıları çıxarmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR