Bank Of Baku

Bu gündən etibarən İraqda təhlükəsizliyi yerli hərbi qüvvələr təmin edəcəklər

Bu gündən etibarən İraqda təhlükəsizliyi yerli hərbi qüvvələr təmin edəcəklər
# 30 iyun 2009 10:06 (UTC +04:00)
Bağdad-APA. Bu gündən etibarən İraq şəhərlərində təhlükəsizliyin təminatını yerli hərbçilər həyata keçirəcəklər. APA-nın məlumatına görə, bununla da ABŞ qoşunlarının İraqı tərk etməsi prosesinə start verilib. Bağdad və digər şəhərlərdə terrorçuların aktivləşməsinin qarşısını almaq üçün əlavə təhlükəsizlik tədbirləri görülüb. Son zamanlar terror aktlarını həyata keçirənlərin şəhərə motosikletlərdə gəldiyini nəzərə alan şəhər rəhbərliyi müəyyən müddətə şəhərdə ikitəkərli hərəkət vasitələrində dolaşmağı qadağan edib. Bağdad mülki müdafiə idarəsinin nümayəndəsi bildirib ki, İraq vətəndaşları öz təhlükəsizliklərini təmin etməyə qadirdir. Dünən İraq paytaxtında ABŞ qoşunlarının çıxarılması münasibətilə bayram tədbirləri keçirilib. Mərasimdən sonra İraq Müdafiə Nazirliyinin keçmiş binası İraq hökumətinə təhvil verilib. Qeyd edək ki, İraq qoşunları və polis qüvvələrinin ümumi sayı 175 min nəfərdir. İraqda hazırda 131 ABŞ əsgəri var, onların tamamilə ölkədən çıxması prosesi 2011-ci ildə başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR