Bank Of Baku

Ərdəbil Elmi-Praktiki Came Universitetində Azərbaycan dili və ədəbiyyatı fənni tədris olunacaq

Ərdəbil Elmi-Praktiki Came Universitetində Azərbaycan dili və ədəbiyyatı fənni tədris olunacaq
# 30 iyun 2009 10:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ərdəbil Elmi-Praktiki Came Universitetində Azərbaycan dili və ədəbiyyatı fənni tədris olunacaq. APA-nın İran Dövlət Televiziyasına istinadən verdiyi məlumata görə, universitetin rektoru Əbduləziz İbrahimzadə deyib ki, ali məktəbdə Azərbaycan dili və ədəbiyyatının tədrisi ilə bağlı hazırlıq işləri aparılır: “İran Mədəni İnqilab Şurasının bölgələrdəki universitetlərdə İranda yaşayan millətlərin dilində tədris imkanları haqında qərarına əsasən zəruri işlər görülür. Universitetdə Azərbaycan dili və ədəbiyyatının tədrisi ilə bağlı məsələ artıq icra mərhələsindədir”. Qeyd edək ki, Ərdəbil Elmi-Praktiki Came Universitetində hazırda 5 min tələbə təhsil alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR