Bank Of Baku

Havay Universitetinin professoru Fəridə Fəxri: “İranda prezident seçkilərindən sonra tək cəmiyyətdə deyil, hakim elitada da parçalanma baş verib”

Havay Universitetinin professoru Fəridə Fəxri: “İranda prezident seçkilərindən sonra tək cəmiyyətdə deyil, hakim elitada da parçalanma baş verib”
# 01 iyul 2009 07:37 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-nın ABŞ bürosuna Havay Universitetinin professoru, əslən İrandan olan Fəridə Fəxri verib. O, hazırda həm İran cəmiyyətində, həm də hakim elita sıralarında parçalanma prosesinin bu gün də davam etdiyini deyib: “Yaxın gələcəkdə isə ümumi məxrəcə gəlmək üçün münaqişə tərəflərinin güzəştə getməsinin və razılaşma əldə edəcəyinin şahidi olacaqsınız. Lakin biz hələlik bu nöqtəyə yaxınlaşmamışıq”. Fəridə Fəxri İran cəmiyyətinin çox möhkəm olduğunu vurğulayıb: “İran cəmiyyəti çox möhkəmdir. Mən bugünkü İran cəmiyyətini şah dövrü ilə müqayisə edirəm. Şah rejimi daha çox strausa bənzəyirdi ki, onun başını kəsmək olardı. İndiki rejim isə daha çox səkkiz ayaqlı dəniz heyvanına oxşayır. Ona görə də baş verən istənilən dəyişiklik gərək hakimiyyət strukturunda bəyənilsin. Nəticədə hakimiyyət daha repressiv ola bilər və ya iqtidarın daha açıq siyasi rejimin mövcudluğuna imkan yaratması olacaq”. Fəridə Fəxri İranda baş verən hadisələrdən qonşu dövlətlərin ziyan çəkməsi ehtimalının olmadığını deyib: “İnanmıram ki, qarşıdurma sərhədləri aşsın. İranda mövcud olan münaqişə əsasən hakimiyyət dairələrində olan münaqişədir. Bunun qonşulara ziyan vuran hərəkətə keçməsinə inanmıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR