Bank Of Baku

ABŞ qoşunları Əfqanıstanda irimiqyaslı əməliyyata başlayıb

ABŞ qoşunları Əfqanıstanda irimiqyaslı əməliyyata başlayıb
# 02 iyul 2009 07:27 (UTC +04:00)
Kabil-APA. ABŞ qoşunları Əfqanıstanın cənubunda yerləşən Gelmand vilayətində “Taliban” qüvvələrinə qarşı irimiqyaslı əməliyyata başlayıblar. APA-nın məlumatına görə, “Xəncər” şərti adı altında keçirilən əməliyyata 4 min dəniz piyadası və 650 əfqan polisi cəlb olunub. “Xəncər” əməliyyatı Əfqanıstana əlavə ABŞ hərbi kontingenti gətirildikdən sonra keçirilən ilk irimiqyaslı əməliyyatdır. Qeyd edək ki, Barak Obama prezident seçildikdən sonra Əfqanıstana əlavə olaraq 21 min hərbçinin göndərilməsi haqqında sərəncam imzalayıb. Gelmand vilayəti “Taliban” hərəkatının əsas dayaq nöqtələrindən biri sayılır. Bu ilin əvvəlindən Gelmand vilayətində 25 amerikalı və britaniyalı hərbçi həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR