Bank Of Baku

Çində uğur türklərinin kompakt yaşadığı Urumçidə baş verən kütləvi iğtişaşda 150 nəfər ölüb

Çində uğur türklərinin kompakt yaşadığı Urumçidə baş verən kütləvi iğtişaşda 150 nəfər ölüb
# 06 iyul 2009 08:13 (UTC +04:00)
Bakı – APA. Çin Xalq Respublikasının uğur türklərinin kompakt yaşadığı Sincan muxtar vilayətində baş verən kütləvi iğtişaşda 150 nəfər ölüb, 816 nəfər yaralanıb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, iyulun 5-də axşam muxtar vilayətin inzibati mərkəzi olan Urumçi şəhərində uyğurlarla çinlilər (xan) arasında toqquşmalar başlayıb. Çinin rəsmi “Sinxua” agentliyi hadisələr zamanı çoxlu sayda dükan və avtomobilin yandırıldığını xəbər verib. Olayların səbəbi iyunun 26-da Quanqdonq əyalətindəki bir fabrikdə uyğurlarla çinlilər arasındakı dava-dalaş zamanı 2 uyğurun öldürülməsidir. Urumçu küçələrinə çıxan uyğurlar günahkarların cəzalandırılmasını tələb ediblər və polisin müdaxiləsindən sonra qarışıqlıq başlayıb. Yerli hakimiyyət isə uyğurların Dünya Uyğur Konqresi adlı təşkilat tərəfindən qızışdırıldığını bildirib. Bu təşkilatın lideri Rəbiyyə Kader 1999-cu ildə Çində həbs edilib və 2005-ci ildə sərbəst buraxıldıqdan sonra ABŞ-a gedib.

Qeyd edək ki, rəsmi rəqəmlərə əsasən Sincan muxtar vilayətinin əhalisi 21 milyon nəfərdən çoxdur. Onların əksəriyyəti uyğur türkləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR