Bank Of Baku

Çində 500-dən çox uyğur türkü öldürülüb - FOTOSESSİYA

Çində 500-dən çox uyğur türkü öldürülüb - <font color=red>FOTOSESSİYA </font>
# 07 iyul 2009 09:04 (UTC +04:00)
APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün səhər küçələrə çıxan insanlar kütləvi iğtişaşlar zamanı həbs olunmuş yaxınlarının buraxılmasını tələb ediblər. Aksiya hakimiyyətin şəhərə gətirdiyi xarici jurnalistlərin qarşısında keçirilib. Rəsmi “Sinxua” agentliyi iyulun 5-də iğtişaşda iştirak etmiş 1434 nəfərin həbs edildiyini, azı 156 adamın öldüyünü və 800-dən çox adamın yaralandığını xəbər verib. Hakimiyyət orqanları iyulun 6-da Urumçidə durumun nəzarətə götürüldüyünü açıqlayıblar. Muxtar vilayətin Kaşqar, Aksu və Yılı şəhərlərində də uyğurların etiraz aksiyaları keçirilib.

Olaylara zorla Quan Donq vilayətindəki oyuncaq fabrikində çalışmağa aparılan uyğur qadınlara çinli gənclərin sataşması səbəb olub. Bunu “Hürriyet” qəzetinə açıqlamasında Türkiyədəki Şərqi Türküstan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Seyid Tümtürk deyib. O bildirib ki, uygur gənclərinin etirazından sonra yaranmış gərginlik səngiyib, ancaq iki gün sonra təxminən 5 min çinli uyğurlara hücum edib və 300 uyğur öldürülüb. Bundan sonra Urumçidə etiraz aksiyalı başlayıb. Hüquq-mühafizə orqanları aksiyaya çox sərt müdaxilə edib, nümayişçilər isə polisə daşlar, taxtalar və bıçaqlarla müqavimət göstərib. Bəzi dükanlar, evlər və polis avtomobilləri yandırılıb. Polis və hərbçilər aksiya iştirakçılarına odlu silahdan atəş açıb və onlarla adam ölüb. Urumçidə telefon xətləri kəsilib, internetə çıxış yoxdur. S. Tümtürk Çin hakimiyyətinin uyğur bölgəsinin demoqrafik vəziyyətini dəyişmək və xalqı başqa bölgələrdə çalışmağa məcbur etmək istədiyini söyləyib: “Aldığımız məlumata görə, ölənlərin sayı 500-dən çoxdur. Minlərlə yaralı var”.

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı bəyanatla çıxış edərək Sincan-Uyğur muxtar bölgəsindəki qətllərin prezident Abdulla Gülün Çinə səfərindən sonra baş verməsinin düşündürücü olduğunu bildirib. O, Türkiyəni və beynəlxalq ictimaiyyəti olaylara biganə qalmamağa çağırıb: “Türkiyə uyğur qardaşlarımıza hücumların dərhal dayandırılması üçün vaxt itirmədən qərarlı mövqe ortaya qoymalıdır. MHP hökumətin bu yöndə addımlarına tam dəstək verəcək”.

Avropa Parlamentinin sədri Hans-Gert Potterinq də Çində nümayişçilərin öldürülməsindən narahatlıq duyduğunu açıqlayıb. O, Çin hökumətindən insan ləyaqətinə hörmət göstərilməsini istəyib.

Qeyd edək ki, uyğur türkləri Çində əsrlər boyu müstəqillik uğrunda mübarizə aparıblar. Çin Xalq Respublikasının tərkibində Sincan-Uyğur muxtar vilayəti 1950-ci illərdə yaradılıb. Müstəqil uyğur islam dövlətinin yaradılması uğrunda mübarizə aparan Şərqi Türküstan İslam Hərəkatı Çində terrorçu təşkilat elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR