Bank Of Baku

İraqda həbs olunmuş 5 iranlı diplomat sərbəst buraxılıb

İraqda həbs olunmuş 5 iranlı diplomat sərbəst buraxılıb
# 09 iyul 2009 16:31 (UTC +04:00)
Bakı – APA. İraqdakı ABŞ hərbi komandanlığı 2007-ci ildə Ərbil şəhərində həbs olunmuş 5 iranlı diplomatı sərbəst buraxıb. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, diplomatlar İraqdakı radikal şiə qruplaşmalarını silahlı təmin etməkdə günahlandırılırdı. Rəsmi Vaşinqton onların diplomat statusunu tanımayaraq bu şəxslərin casus olduğunu bildirirdi. Diplomatlar ABŞ qoşunlarının İraqdan tədricən çıxarılması və onların bütün səlahiyyətlərinin yerli rəhbərliyə verilməsi planı çərçivəsində buraxılıb. Plana əsasən həbs olunan bütün şəxslər İraq hakimiyyət orqanlarının nəzarətinə verilir. Hazırda ABŞ hərbçilərinin nəzarət etdiyi İraq həbsxanalarında 10-11 min məhbus saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR