Bank Of Baku

Əfqanıstanda bir sutkada 8 Britaniya hərbçisi həlak olub

Əfqanıstanda bir sutkada 8 Britaniya hərbçisi həlak olub
# 11 iyul 2009 08:33 (UTC +04:00)
Bakı - APA. Əfqanıstanda İraqa nisbətən daha çox Britaniya hərbçisi həlak olub. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, iyulun 10-na olan məlumata görə, Britaniya İraqda 179, Əfqanıstanda isə 184 hərbçisini itirib. Təkcə iyulun 9-10-da Helmand əyalətinin müxtəlif yerlərində 8 Britaniya hərbçisi öldürülüb.

Ölən hərbçilərin ailələrinə başsağlığı verən Böyük Britaniyanın baş naziri Qordon Braun hərbçiləri “isti yay” gözlədiyini söyləyib. Hələ heç nəyin bitmədiyini deyən baş nazir Əfqanıstandakı beynəlxalq qüvvələrin missiyalarını, üzərlərinə götürdükləri öhdəlikləri sonadək yerinə yetirməli olduqlarını vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniya 2001-ci ildən Əfqanıstanda beynəlxalq əməliyyatlarda iştirak edir. 2009-cu ilin iyul ayına Əfqanıstanda 8300 Britaniya hərbçisi xidmət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR