Bank Of Baku

Yaponiyanın baş naziri parlamenti buraxmaq barədə qərar qəbul edib

Yaponiyanın baş naziri parlamenti buraxmaq barədə qərar qəbul edib
# 13 iyul 2009 09:00 (UTC +04:00)
Tokio – APA. Yaponiyanın baş naziri Taro Aso parlamenti buraxmaq və yeni ümumi seçkilər keçirmək qərarına gəlib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, Nümayəndələr Palatası rəsmi olaraq gələn həftə buraxılacaq, yeni seçkilər isə ya avqustun 8-də, ya da 30-da keçiriləcək.
Parlamentin buraxılmasına səbəb iyulun 12-də Tokioda yerli özünüidarə orqanlarına keçirilən seçkilər olub. Bu seçkilərdə Taro Asonun lideri olduğu Liberal Demokrat Partiyası ciddi məğlubiyyətə uğrayıb. Bu partiya 144 yerlik paytaxt parlamentində cəmi 38, onun müttəfiqi olan “Təmiz Siyasət” partiyası isə 23 yer qazanıb. Müxalif Demokrat Partiyası isə 54 yerə sahib olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR