Bank Of Baku

İranda “Cundallah” təşkilatının 13 üzvü edam edilib

İranda “Cundallah” təşkilatının 13 üzvü edam edilib
# 14 iyul 2009 12:52 (UTC +04:00)
Bakı – APA. İranda “Cundallah” radikal sünni qruplaşmasının 13 üzvü edam edilib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Allahın düşmənləri adlandırılan bu şəxslər əcnəbilərin oğurlanması, qətllər və terror aksiyaları törətməkdə ittiham olunurdular. Məhkumlar Zahedan həbsxanasında asılıb.

Qrup üzvləri Sistan və Bəlucistan əyalətində dəfələrlə hökumət binalarına hücumlar ediblər. Bu il mayın sonunda onlar Zahedandakı şiə məscidində partlayış törədiblər. Nəticədə 23 nəfər ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR