Bank Of Baku

Çin Xarici İşlər Nazirliyi: Rəcəb Tayyib Ərdoğanın sözləri ağıl və məntiqə uyğun deyil

Çin Xarici İşlər Nazirliyi: Rəcəb Tayyib Ərdoğanın sözləri ağıl və məntiqə uyğun deyil
# 14 iyul 2009 15:01 (UTC +04:00)
Bakı – APA. Çin Xarici İşlər Nazirliyi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana etirazını bildirib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Çin XİN-in sözçüsü Qin Qanq Sincan-Uyğur muxtar vilayətindəki hadisələri “sanki soyqırım” kimi qiymətləndirən R. T. Ərdoğanın sözlərinin ağıl və məntiqə uyğun olmadığını bildirib. O, hadisələr zamanı ölənlərin əksəriyyətinin xan çinliləri olduğunu iddia edib: “Bu, hansı ölkədə soyqırım kimi qiymətləndirilə bilər?”

Çinin rəsmi qəzeti “China Daily” də R. T. Ərdoğanın bəyanatının əsassız və məsuliyyətsiz olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR