Bank Of Baku

İsrailin Qəzzada keçirdiyi əməliyyatın yeni təfərrüatları açıqlanıb

İsrailin Qəzzada keçirdiyi əməliyyatın yeni təfərrüatları açıqlanıb
# 15 iyul 2009 10:33 (UTC +04:00)
Bakı – APA. İsrail ordusunun bu ilin yanvar ayında Qəzzada keçirdiyi hərbi əməliyyatın yeni təfərrüatları meydana çıxıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, İsrail müharibə veteranlarının “Səssizliyi pozmaq” adlı təşkilatı Qəzza əməliyyatı ilə bağlı hesabat hazırlayıb. Hesabatda əməliyyatda iştirak edən 25-dən artıq İsrail əsgərinin ifadələri də yer alıb.
Adı açıqlanmayan əsgərlər veteran təşkilatının yetkililərinə orduda baş verən insan haqları pozuntularından söz açıblar. Onların dediyinə görə, Qəzza əməliyyatı zamanı İsrail ordusunun itkilərini önləmək üçün nə qədər fələstinlinin ölməsinin əhəmiyyət kəsb etməyəcəyi bildirilib və buna görə də hərbçilərlə mülki şəxslər arasında fərq qoymamaq göstərişi verilib. Əsgərlərdən biri onlara “şəhər döyüşlərində hər kəs düşmənimizdir, günahsız insan yoxdur” deyildiyini xatırladıb. Digər əsgər isə döyüş yoldaşlarını “həbs edilmək haqqı qazanmış potensial cinayətkarlar” adlandırıb.
İsrail ordusunun rəhbərliyi məsələyə sərt reaksiya verib və əsgərlərin adlarının açıqlanmamasını əsas gətirərək hesabatda yazılanlara inanmağın mümkünsüz olduğunu bildirib.
Qeyd edək ki, Qəzza əməliyyatı zamanı 1400-dən artıq fələstinli və 10-u əsgər olmaqla 13 israilli həlak olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR