Bank Of Baku

Çinin valyuta ehtiyatının həcmi 2 trilyon dolları aşıb

Çinin valyuta ehtiyatının həcmi 2 trilyon dolları aşıb
# 15 iyul 2009 11:08 (UTC +04:00)
Bakı – APA. Çin Xalq Respublikasının valyuta ehtiyatının miqdarı 2 trilyon dolları aşıb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Çin Mərkəzi Bankı iyun ayının sonunda ölkənin valyuta ehtiyatının həcminin 2 trilyon 130 milyard dollara çatdığını açıqlayıb. Dünyanın ən çox valyuta ehtiyatına malik ölkəsi olan Çinin Mərkəzi Bankına bu ilin ilk 6 ayında 186 milyard dollar pul daxil olub. Bununla yanaşı, Çinin iyun ayındakı ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 21,4% azalıb.

Qeyd edək ki, dünyada valyuta ehtiyatlarının həcminə görə ikinci ölkə Yaponiyadır. Yaponiyanın valyuta ehtiyatının həcmi 988 milyard dollardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR