Bank Of Baku

Tehran-İrəvan təyyarəsi qəzaya uğrayıb, 153 sərnişin ölüb - YENİLƏNİB

Tehran-İrəvan təyyarəsi qəzaya uğrayıb, 153 sərnişin ölüb - <font color=red>YENİLƏNİB </font>
# 15 iyul 2009 11:27 (UTC +04:00)
APA-nın “Press TV”yə istinadən verdiyi məlumata görə, qəzaya uğrayan təyyarənin Tehran-İrəvan marşrutu ilə hərəkət edən və içində təxminən 150 sərnişin olan “Tupolev” (Tu) təyyarəsi olduğu bildirilir.Təyyarə Qəzvin şəhəri yaxınlığında qəzaya uğrayıb. Yerli polis bütün sərnişinlərin öldüyünü açıqlayıb.

“Novosti-Armeniya” agentliyi isə təyyarənin İranın “Caspian Airlines” aviaşirkətinə məxsus olduğunu xəbər verib. Agentliyin məlumatına əsasən təyyarədə 153 sərnişin olub və onların əksəriyyəti Ermənistan vətəndaşıdır. Sərnişinlər arasında Gürcüstan vətəndaşları da var. İrəvanın “Zvartnos” hava limanında ölən sərnişinlərin ailə üzvləri və yaxınlarına psixoloji yardım göstərmək məqsədilə müvəqqəti qərargah yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR