Bank Of Baku

Qəzaya uğrayan İran təyyarəsi havada alovlanıb və 8 km hündürlükdən yerə düşüb

Qəzaya uğrayan İran təyyarəsi havada alovlanıb və 8 km hündürlükdən yerə düşüb
# 15 iyul 2009 13:11 (UTC +04:00)
APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın İctimai Televiziyası xəbər yayıb. İranın ingilis dilində yayımlanan “Press TV” telekanalı isə Qəzvin şəhər rəhbərliyinin nümayəndəsi Sirus Saberiyə istinadən təyyarənin qəza enişi etməyə cəhd göstərdiyini bildirib. S. Saberi deyib ki, təyyarə havada alovlanıb və yerə çırpılıb.

Təyyarənin məxsus olduğu “Caspian Airlines” aviaşirkətinin nümayəndəsi Arlen Davudyan bəyan edib ki, qəzada ölən Ermənistan vətəndaşlarının sayı 20-25 nəfərdir. Ölənlərin əksəriyyəti isə İran vətəndaşıdır. Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti qəzada 2 ölkə vətəndaşının öldüyünü açıqlayıb. Bunlar Gürcüstanın Ermənistandakı səfirliyinin maliyyə meneceri Givi Çkadua və Gürcüstanın İrandakı diplomatik missiyasının rəhbərinin xanımı Natella Nikonovadır.

Hadisəni eşidən Ermənistan prezidenti Serj Sarkisyan Spitak rayonuna işgüzar səfərini yarıda kəsərək İrəvana dönüb.

Qeyd edək ki, Tehran-İrəvan marşrutu ilə uçan, “Caspian Airlines” aviaşirkətinə məxsus “Tu-154” təyyarəsi havaya qalxdıqdan 16 dəqiqə sonra Bakı vaxtı ilə saat 12.09-da İran paytaxtından 200 km aralıda, Qəzvin şəhəri yaxınlığında qəzaya uğrayıb. Səkkiz kilometr hündürlükdən yerə düşən təyyarədə 153 sərnişin və 15 ekipaj üzvü olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR