Bank Of Baku

İranın Atom Enerjisi Agentliyinin rəhbəri Qulamrza Ağazadə tutduğu vəzifədən istefa verib

İranın Atom Enerjisi Agentliyinin rəhbəri Qulamrza Ağazadə tutduğu vəzifədən istefa verib
# 16 iyul 2009 15:57 (UTC +04:00)
Tehran-APA. İranın Atom Enerjisi Agentliyinin rəhbəri Qulamrza Ağazadə tutduğu vəzifədən istefa verib. APA-nın İSNA agentliyinə istinadən yaydığı məlumata görə, Qulamrza Ağazadə 12 il bu vəzifədə çalışıb. Onun öz istefa ərizəsini prezident Mahmud Əhmədinejada 3 həftə əvvəl verdiyi bildirilir. İstefanın səbəbləri məlum deyil. Qeyd edək ki, Qulamrza Ağazadə Qərblə danışıqlar prosesində iştirak etməyib və strateji qərarların qəbulunda heç bir səlahiyyəti yoxdur. “Associated Press” agentliyinin verdiyi məlumata görə, Qulamrza Ağazadə prezidentliyə sabiq namizəd Mir Hüseyn Musəvinin yaxın tərəfdarlarındandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR