Bank Of Baku

İranda Musəvi tərəfdarları yenidən etiraz aksiyası keçiriblər

İranda Musəvi tərəfdarları yenidən etiraz aksiyası keçiriblər
# 17 iyul 2009 13:48 (UTC +04:00)
Bakı – APA. İranda prezidentliyə keçmiş namizəd Mirhüseyn Musəvinin tərəfdarları yenidən etiraz aksiyası keçiriblər. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncani Tehran Universitetinin məscidində qılınan cümə namazından sonra çıxış edib. O, iranlılarının bir çoxunun prezident seçkilərinin rəsmi nəticələrinə şübhə etdiyini söyləyərək hakimiyyəti yaranmış vəziyyətə yenidən baxmağa çağırıb. Rəfsəncani seçkilərdən sonra həbs olunmuş şəxslərin azadlığa buraxılmasını istəyib. Onun çıxışını dinləyənlər arasında M. Musəvi də olub. Məscidin qarşısına toplaşmış Musəvi tərəfdarları prezident seçkilərindən həbs olunmuş müxalifət tərəfdarlarının azadlığa buraxılmasını tələb edərək prezident Mahmud Əhmədinejatı istefaya çağırıblar. Universitetə gələn polis gözyaşardıcı qazdan istifadə edərək mitinqçiləri qovmağa başlayıb. Təxminən 15 nəfər saxlanılıb.

Xatırladaq ki, İranda iyunun 12-də keçirilmiş prezident seçkilərində Mahmud Əhmədinejatlın qələbəsi elan edildikdən sonra Mirhüseyn Musəvinin tərəfdarları etiraz aksiyalarına başlayıblar. Nümayişçilərlə polislərin toqquşmaları nəticəsində 27 nəfər ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR