Bank Of Baku

Əfqanıstanda ABŞ-ın “F-15E” döyüş təyyarəsi qəzaya uğrayıb

Əfqanıstanda ABŞ-ın “F-15E” döyüş təyyarəsi qəzaya uğrayıb
# 18 iyul 2009 07:37 (UTC +04:00)
Kabul-APA. Bir neçə saat əvvəl Əfqanıstanda ABŞ hərbi komandanlığına məxsus “F-15E” qırıcı-bombardmançı təyyarəsi qəzaya uğrayıb. APA-nın məlumatına görə, təyyarənin hər iki pilotu qəzada həlak olub. Təyyarənin konkret hansı bölgədə yerə düşdüyü açıqlanmır. Bu, ABŞ aviasiyasının son bir neçə ildə Əfqanıstanda verdiyi ilk itkidir. Qeyd edək ki, “F-15” təyyarələrinin yeni modifikasiyası olan “F-15E” qırıcı-bombardmançısı əsasən İraq və Əfqanıstandakı əməliyyatlarda istifadə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR