Bank Of Baku

Çin hökuməti 196 uyğuru edam edib

Çin hökuməti 196 uyğuru edam edib
# 20 iyul 2009 07:44 (UTC +04:00)
APA-nın “Kanal D”-yə istinadən xəbərinə görə, iyulun 18-də iğtişaşlarda iştirak etməkdə suçlanan 196 uyğur türkü barəsində edam hökmü çıxarılıb. Hökm dərhal yerinə yetirilib və təqsirləndirilənlərin hamısı güllələnib. Edamın harada həyata keçirildiyi və meyitlərin ailələrinə verilib-verilmədiyi də bəlli deyil.
Qeyd edək ki, ötən ay Çinin Sincan-Uyğur muxtar vilayətində baş verən hadisələrdə rəsmi rəqəmlərə görə 184, qeyri-rəsmi rəqəmlərə görə 1000-dən artıq adam ölmüş, təxminən 2000 nəfər həbs edilmişdi. Çin hökumətinin rəsmiləri həbs olunanların edam edam olunacağını istisna etməmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR