Bank Of Baku

Çin polisi axtarışda olan 15 uyğurun siyahısını açıqlayıb

Çin polisi axtarışda olan 15 uyğurun siyahısını açıqlayıb
# 30 iyul 2009 10:43 (UTC +04:00)
Bakı – APA. Çinin Sincan-Uyğur muxtar vilayətinin polisi Urumçşidə baş vermiş kütləvi iğtişaşda iştirak edən və hazırda axtarışda olan 15 uyğurun siyahısını açıqlayıb. APA-nın Çinin rəsmi “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, polis şübhəliləri könüllü təslim olmağa çağırıb. On gün ərzində könüllü təslim olanların məsələsi məhkəmədə yüngülləşdirici hal kimi nəzərə alınacaq, gizlənənlər isə tutulduqdan sonra ən sərt şəkildə cəzalandırılacaq. Polis 40 şübhəli şəxsin yaxalandığını da açıqlayıb. Onlardan 25-ni polis tapıb, digərlərinin yeri haqqında isə vətəndaşlar məlumat verib. Axtarılan 15 uyğur barədə məlumat verənlərə mükafat vəd olunub.

Qeyd edək ki, Çin hakimiyyəti iyulun 5-də Urumçidə başlayan iğtişaşlar zamanı 197 nəfərin öldüyünü açıqlayıb. Hadisələrdə iştirak edən 1650-dən çox uyğur həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR