Bank Of Baku

Səfir Tofiq Bəhramovdan danışıb: Ümid edək ki, bu dəfə İngiltərə yığmasının belə bir dəstəyə ehtiyacı olmayacaq

Səfir Tofiq Bəhramovdan danışıb: Ümid edək ki, bu dəfə İngiltərə yığmasının belə bir dəstəyə ehtiyacı olmayacaq
# 18 iyun 2026 19:59 (UTC +04:00)

“Azərbaycanla bir çox məsələdə baxışlarımız üst-üstə düşür. Məsələn, Ukrayna məsələsində biz Ukraynanın ərazi bütövlüyünə dair eyni mövqeyi bölüşürük. Birləşmiş Krallıq nə qədər lazım olarsa, Ukraynanın yanında olmağa davam edəcək. Təsadüfi deyil ki, Bakıda görüşdüyüm ilk şəxslərdən biri ukraynalı həmkarım oldu”.

APA xəbər verir ki, bunu Böyük Britaniyanın səfiri Duncan Norman Bakıda Kral III Çarlzın ad günü ilə bağlı keçirilən tədbirdə deyib.

Səfir bildirib ki, Birləşmiş Krallıqda təhsil almağı seçən gənc azərbaycanlıların sayı ölkələr arasındakı əlaqələrin möhkəmliyini və Britaniya Şurasının bu istiqamətdə həyata keçirdiyi müstəsna fəaliyyətin nəticələrini əks etdirir.

“Dəstəkçilərdən söz düşmüşkən, onların arasında ən məşhurlarından birini qeyd etməmək mümkün deyil – Tofiq Bəhramov. 1966-cı il Dünya Çempionatının finalında İngiltərənin üçüncü qolunu ofsayd hesab etməyərək qüvvədə saxlayan yan xətt hakimi kimi o, İngiltərə futbol tarixində özünəməxsus yer tutub. Aradan altmış il keçməsinə baxmayaraq, İngiltərə azarkeşləri ona hələ də minnətdardırlar. Dünya Çempionatı başlayarkən ümid edək ki, bu dəfə İngiltərə yığmasının belə bir dəstəyə ehtiyacı olmayacaq.

Bununla belə, əsl əhəmiyyət daşıyan münasibət ölkələrimiz arasındakı tərəfdaşlıqdır. Gələcəyə nəzər saldıqda, mən Birləşmiş Krallıq-Azərbaycan tərəfdaşlığının daha da inkişaf etməsini, əhatə dairəsinin genişlənməsini və təsirinin artmasını görmək əzmindəyəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR