Bank Of Baku

Kim Çen İr amerikalı jurnalistləri Bill Klintona bağışlayıb

Kim Çen İr amerikalı jurnalistləri Bill Klintona bağışlayıb
# 05 avqust 2009 08:15 (UTC +04:00)
Bakı – APA. ABŞ-ın sabiq prezidenti Bill Klintonun ilk diplomatik cəhdi uğurla nəticələnib. APA-nın məlumatına görə, Şimali Koreyada dövləti cinayətdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş iki amerikalı qadın jurnalistin azad edilməsinə nail olub.
Şimali Koreya prezidenti Kim Çen İrlə görüşən Bill Klinton onu “Current TV” telekanalının Lora Lin və Yun Li adlı əməkdaşlarını əfv etməyə razı salıb. Görüşdən dərhal sonra ABŞ-ın sabiq prezidenti jurnalistlərlə bərabər Pxenyanı tərk edib.
Şimali Koreyanın KCNA agentliyi “amerikalı jurnalistlərin düşmən hərəkətlərinə görə Klintonun üzr istəməsi” barədə məlumat yayıb. ABŞ-ın prezident administrasiyasının adının çəkilməsini istəməyən əməkdaşı isə xəbəri təkzib edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR