Bank Of Baku

“Associated Presse” agentliyinin iki əməkdaşı Əfqanıstanda yaralanıb

“Associated Presse” agentliyinin iki əməkdaşı Əfqanıstanda yaralanıb
# 13 avqust 2009 11:56 (UTC +04:00)
Bakı – APA. Əfqanıstanda yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində iki jurnalist yaralanıb. APA-nın məlumatına görə, məşhur “Associated Presse” agentliyinin 40 yaşlı ispan fotomüxbiri Emilio Morenatti və 44 yaşlı indoneziyalı operatoru Andi Jatmiko yaralanıb.
Hadisə Qəndəharda baş verib. ABŞ ordusunun konvoyu ilə hərəkət edən jurnalistlərin maşınının yaxınlığında bomba partlaması nəticəsində AP-nin hər iki əməkdaşı çoxsaylı qəlpə yaraları alıb. Zərbə dalğası daha çox onların ayaq nahiyəsinə istiqamətlənib. Jurnalistlər dərhal xəstəxanaya aparılıblar. E.Morenattinin ayağı amputasiya olunub, A.Jatmiko da ayağından yaralıdır və qabırğa sümükləri sınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR