Bank Of Baku

İran öz aviaşirkətlərinə Rusiyadan təyyarə almağı qadağan edib

İran öz aviaşirkətlərinə Rusiyadan təyyarə almağı qadağan edib
# 18 avqust 2009 14:57 (UTC +04:00)
Tehran-APA. İran hökuməti yerli aviaşirkətlərə Rusiya istehsalı olan köhnə təyyarələrin alınmasını və icarəyə götürülməsini qadağan edib. APA-nın məlumatına görə, İran Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Əli İlxani bildirib ki, bu qadağa ilə bağlı direktiv avqustun 16-da qüvvəyə minəcək. İranın öz aviasiya parkındakı Rusiya təyyarələrindən imtina edib-etməyəcəyi hələlik məlum deyil. Hökumətin bu qərarı son bir ay ərzində ölkə ərazisində Rusiya istehsalı olan iki təyyarənin qəzaya uğramasıdır. Qeyd edək ki, İran aviasiya parkının əksər hissəsini Rusiyada istehsal olunmuş təyyarələr təşkil edir. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar bu ölkənin aviasiya şirkətlərinə “Boeing” təyyarələrinin satışını qadağan edir. Bu səbəbdən İran dünyanın aparıcı şirkətlərindən təyyarə almaq imkanından məhrumdur və əsasən Rusiya istehsalı olan təyyarələrə üstünlük verməli olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR