Bank Of Baku

Əfqanıstanda medianın seçkilər dövründə törədilən terror aktları barədə məlumat yaymasına qadağa qoyulub

Əfqanıstanda medianın seçkilər dövründə törədilən terror aktları barədə məlumat yaymasına qadağa qoyulub
# 19 avqust 2009 07:48 (UTC +04:00)
Kabil-APA. Əfqanıstan hökuməti kütləvi informasiya vasitələrinə seçkilər başa çatana kimi ölkədə törədilən terror aktları barədə məlumat yaymağı qadağan edib. APA-nın “BBC” kanalına istinadən yaydığı məlumata görə, bu qadağa sabah axşam saatlarına kimi davam edəcək. Tətbiq olunan qadağanın seçkiləri işıqlandırmaq üçün Əfqanıstana gələn xarici kütləvi informasiya vasitələrinə şamil edilib-edilməyəcəyi məlum deyil. Qeyd edək ki, ötən həftə “Taliban” tərəfdarı olan bir neçə kamikadze Kabilin mərkəzində və digər şəhərlərdə bir neçə terror aktı törədiblər. Bu terror aktları çoxlu sayda insanın ölümünə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR