Bank Of Baku

Livanın yeni hökumətində iki erməni təmsil olunacaq

Livanın yeni hökumətində iki erməni təmsil olunacaq
# 19 avqust 2009 15:36 (UTC +04:00)
Bakı – APA. İyun ayında Livanda keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən ölkənin yeni hökumətində iki erməni təmsil olunacaq. APA-nın “Novosti Armeniya”-ya istinadən xəbərinə görə, bunu Livanın İrəvandakı səfiri Jibrail Jeara Ermənistanın elm və təhsil naziri Armen Aşotyanla görüşündə bildirib.
Səfir qeyd edib ki, seçkilərin nəticələrinə əsasən, Livan parlamentində erməni icmasını təmsil edən altı deputat təmsil olunacaq.
Qeyd edək ki, iyunun 7-də Livanda keçirilmiş prezident seçkiləri zamanı “əl-Müstəqbəl” hərəkatının lideri Saad Həririnin başçılıq etdiyi hakim koalisiya qalib gəlib. Sabiq baş nazir Rafiq Həririnin oğlu olan Saad Həririyə yeni hökuməti formalaşdırmaq tapşırılıb. Amma bu proses müxalifəti yeni hökumətdə proporsional təmsilçilik tələbi səbəbindən ləngiyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR