Bank Of Baku

Bu gün Əfqanıstanda prezident seçkiləri keçirilir

Bu gün Əfqanıstanda prezident seçkiləri keçirilir
# 20 avqust 2009 07:16 (UTC +04:00)
Kabil-APA. Bu gün Əfqanıstanda prezident seçkiləri keçirilir. APA-nın məlumatına görə, səsvermə hüququna malik olan 17 milyon seçici bu gün öz iradələrini ifadə etmək üçün məntəqələrə gedəcəklər. Seçkilərdə qalib gəlməyə əsas namizəd Qərb dövlətləri tərəfindən də dəstəklənən hazırkı prezident Həmid Karzay sayılır. Onun əsas rəqibi Əfqanıstanın sabiq xarici işlər naziri, milliyətcə tacik olan Abdulla Abdulladır. Ümumilikdə seçkilərdə 36 namizəd iştirak edir. Əfqanıstan qanunvericiliyinə görə, ölkə prezidenti 5 il müddətinə seçilir. Əfqanıstanın bəzi bölgələrinə nəzarəti əlində saxlayan “Taliban” hərəkatı səsvermə prosesini pozmaq üçün seçki məntəqələrində terror aktları törədəcəyini bəyan edib. Rəsmi Kabil isə vətəndaşların təhlükəsizliyinə təminat verilməyənə bölgələrdə səsvermə keçirilməyəcəyini bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR