Bank Of Baku

Əfqanıstan paytaxtında və bölgələrdə çoxlu sayda terror aktları törədilib

Əfqanıstan paytaxtında və bölgələrdə çoxlu sayda terror aktları törədilib
# 20 avqust 2009 12:05 (UTC +04:00)
Kabil-APA. “Taliban” hərəkatı Əfqanıstan keçirilən prezident seçkilərinə etiraz olaraq ölkənin müxtəlif yerlərindən bir sıra terror aktları həyata keçirib. APA-nın məlumatına görə, taliblər Kabilin cənubunda seçki məntəqəsinin ələ keçirib və yerli polislə atışmaya başlayıblar. Səsvermənin başladığı ilk bir saat ərzində paytaxt Kabildə ən azı yeddi partlayış baş verib, ölkənin bəzi şəhərləri isə raket atəşinə tutulub. Hazırda təhlükəsizlik qüvvələri seçki məntəqəsini ələ keçirmiş terrorçularla danışıqlara cəhd göstərir. Xarici agentliklərin məlumatlarına görə, terrorçular əksər məntəqələrə partlayıcı maddələr atıblar. Terror aktları nəticəsində ölən və yaralananlar barədə məlumatlar yoxdur. Bu gün Kabil polisi ilə atışmada iki terrorçu öldürülüb, belinə “şəhid qurşağı” başlamış üç nəfər isə polisin təqibindən yaxa qurtaraq paytaxtın cənub məhəllələrində gizlənib. Hazırda polis kamikadzeləri gizləndikləri yerdən çıxarmağa cəhd göstərir. Səhər radələrində Kabilin mərkəzinə raket zərbəsi endirilməsi nəticəsində ən azı iki nəfər yaralanıb. Gelmand vilayətinin inzibati mərkəzinin minaatanlardan atəşə tutulması nəticəsində bir nəfər ölüb. Qəndəhar şəhərinin də minaatanlardan atəşə tutulduğu bildirilir. “Taliban” hərəkatının törətdiyi terror aktları seçici fəallığının aşağı düşməsinə səbəb olub. Müşahidəçilər seçki məntəqələrinin demək olar ki boş olduğunu bildirirlər.
Xatırladaq ki, bu gün Əfqanıstanda prezident seçkiləri keçirilir. APA-nın məlumatına görə, səsvermə hüququna malik olan 17 milyon seçici bu gün öz iradələrini ifadə etmək üçün məntəqələrə gedəcəklər. Seçkilərdə qalib gəlməyə əsas namizəd Qərb dövlətləri tərəfindən də dəstəklənən hazırkı prezident Həmid Karzay sayılır. Onun əsas rəqibi Əfqanıstanın sabiq xarici işlər naziri, milliyətcə tacik olan Abdulla Abdulladır. Ümumilikdə seçkilərdə 36 namizəd iştirak edir. Əfqanıstan qanunvericiliyinə görə, ölkə prezidenti 5 il müddətinə seçilir. Əfqanıstanın bəzi bölgələrinə nəzarəti əlində saxlayan “Taliban” hərəkatı səsvermə prosesini pozmaq üçün seçki məntəqələrində terror aktları törədəcəyini bəyan edib. Rəsmi Kabil isə vətəndaşların təhlükəsizliyinə təminat verilməyənə bölgələrdə səsvermə keçirilməyəcəyini bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR