Bank Of Baku

Əfqanıstanda keçirilən prezident seçkiləri başa çatıb

Əfqanıstanda keçirilən prezident seçkiləri başa çatıb
# 20 avqust 2009 16:46 (UTC +04:00)
Bakı – APA. Əfqanıstanda keçirilən prezident seçkiləri başa çatıb. APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, artıq bülletenlərin sayılmasına başlanılıb. Seçkilərin ilkin nəticələrinin avqustun 22-də elan ediləcəyi bildirilir.
Müşahidəçilərin fikrincə, “Taliban” hərəkatı seçicilərin seçkidə aktivlik dərəcəsinin aşağı düşməsinə nail ola bilib. Gün ərzində taliblər tərəfindən bir neçə terror aktı törədilib, seçki məntəqələri atəşə tutulub, təhlükəsizlik qüvvələrinə hücum ediblər.
Qeyd edək ki, seçkilərdə qalib gəlməyə əsas namizəd Qərb dövlətləri tərəfindən də dəstəklənən hazırkı prezident Həmid Karzay sayılır. Onun əsas rəqibi Əfqanıstanın sabiq xarici işlər naziri, milliyətcə tacik olan Abdulla Abdulladır. Ümumilikdə seçkilərdə 36 namizəd iştirak edir. Əfqanıstan qanunvericiliyinə görə, ölkə prezidenti 5 il müddətinə seçilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR