Bank Of Baku

Çin səmasında “uçan boşqab”lar görünüb

Çin səmasında “uçan boşqab”lar görünüb
# 24 avqust 2009 07:33 (UTC +04:00)
Pekin-APA. Çinin Şandun əyalətində “uçan boşqab”lar müşahidə olunub. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, “uçan boşqablar” üç saat ərzində əyalətin beş yaşayış məntəqəsinin, o cümlədən inzibati mərkəz olan Tszinan şəhərinin üzərində dövrə vurublar. Yerli telekanalın operatoru səmada naməlum obyektlərin uçuşunu lentə köçürə bilib. Çində sonuncu dəfə “uçan boşqab”lar sentyabrda görünüb. Naməlum obyekt Sıçuan vilayətinin inzibati mərkəzi üzərində peyda olub. Ötən ilin dekabrında Çin hökuməti 20 il “tamamilə məxfi” qripi altında saxlanan lentlərin nümayişinə qərar verib. Çinli təyyarəçilərdən birinin çəkdiyi 3 dəqiqəlik lentdə havada sürətlə hərəkət edən boşqababənzər obyekt açıq-aşkar görünür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR