Bank Of Baku

28 yaşlı gənc “Taliban” hərəkatının lideri seçilib - FOTO

28 yaşlı gənc “Taliban” hərəkatının lideri seçilib - <font color=red>FOTO</font>
# 24 avqust 2009 12:30 (UTC +04:00)
Bakı – APA. Pakistandakı “Taliban” hərəkatının yeni lideri seçilib. APA-nın “Associated Presse”yə istinadən xəbərinə görə, 28 yaşlı Həkimullah Məsuddur.
Qeyd edək ki, ABŞ Həkimullah Məsudun başına 120 min dollar pul qoyub. O, sərrast atıcılığı və qəddarlığı ilə məşhurlaşıb.
Qeyd edək ki, Pakistan “Taliban”ına yeni rəhbər seçilməsi zərurəti onun lideri Beytullah Məsudun öldürülməsindən sonra yaranıb. Başına 5 milyon dollar pul qoyulan B.Məsud avqustun 5-də qayınatasının evinə raket hücumu nəticəsində öldürülüb. “Taliban” xəbəri əvvəlcə təsdiq, sonra isə inkar edib.
Yeni komandanın seçilməsi barədə AP-yə açıqlama verən “Taliban” təmsilçisi Bəxt Zadə də bildirib ki, bu zərurət “Beytullah Məsudun xəstə olması səbəbindən” ortaya çıxıb: “Cümə günü keçirilən Pakistanın Əfqanıstanla şimal-qərb sərhədində toplaşan şurada Həkimullah Məsud yekdilliklə “Taliban”ın yeni lideri seçildi. “Taliban” içində heç vaxt anlaşılmazlıq olmadı və bu barədə iddialar da əsassızdır”.
B.Zadə qeyd edib ki, toplantıya qatılmayan Fakir Muhamməd və Mevlana Fəzlullah adlı komandanlara telefonla liderlik təklif olunub. Ancaq 50 yaşlarında olan hər iki komandan “Taliban”a daha gənc liderin rəhbərlik etməsinə tərəfdar olduqlarını deyərək, təklifi rədd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR