Bank Of Baku

Əfqanıstanda iki eston hərbçisi həlak olub

Əfqanıstanda iki eston hərbçisi həlak olub
# 24 avqust 2009 12:56 (UTC +04:00)
Kabil-APA. Əfqanıstanın Gilmand vilayətində koalisiya qüvvələrinin tərkibində xidmət keçən iki eston hərbçisi həlak olub. APA-nın məlumatına görə, Erik Salmus və Rayvis Kanq mina təmizləyən birləşmənin tərkibində xidmət keçiblər. Dünən günün ikinci yarısında minatəmizləyənlər hücuma məruz qalıblar, onlardan biri hadisə yerində, digəri yaralı vəziyyətdə aparıldığı xəstəxanada keçinib. Estoniya hökuməti və prezidenti həlak olanların ailələrinə başsağlığı verib. Qeyd edək ki, Estoniya hərbi kontingenti Əfqanıstanda beynəlxalq koalisiyanın tərkibində 2003-cü ildən hərbi xidmət keçir. Hərbi kontingentin tərkibinə 290 eston hərbçisi daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR