Bank Of Baku

İsrail təyyarələri Qəzza sektorunu bombalayıblar

İsrail təyyarələri Qəzza sektorunu bombalayıblar
# 25 avqust 2009 13:52 (UTC +04:00)
Bakı – APA. İsrail təyyarələri Qəzza sektoru ilə Misir arasındakı tuneli bombalayıblar. APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bombardman nəticəsində üç fələstinli həlak olub.
İsrail Silahlı Qüvvələrindən bildirilib ki, bu addım fələstinli yaraqlılar tərəfindən İsrail ərazisinin raket atəşinə tutulmasına cavab olaraq atılıb. Nəticədə 1 israilli hərbçi həlak olub.
Qeyd edək ki, Qəzza sektoru ilə Misir arasındakı sərhəddə yüzlərlə tunel var. Onlar əsasən qaçaqmal daşımaq üçün istifadə olunur. Bu isə Qəzza sektorunu blokadada saxlamaq istəyən İsrailin narahatlıqlarını artırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR