Bank Of Baku

İraq Suriyadakı səfirini geri çağırıb

İraq Suriyadakı səfirini geri çağırıb
# 26 avqust 2009 07:56 (UTC +04:00)
Bağdad-APA. İraq hökuməti ölkənin Suriyadakı səfirini geri çağırıb. APA-nın məlumatına görə, rəsmi Bağdadın bu addımı atmasına səbəb Suriya hökumətinin BƏƏS partiyasının keçmiş rəhbərlərinə sığınacaq verməsidir. Dəməşqdə sığınacaq tapan BƏƏS liderlərindən Məhəmməd Yunis əl-Əhməd və Sattam Farxan Bağdadda bir sıra terror aktlarının təşkilatçılığında şübhəli bilinirlər. Onların hazırladıqları güman olunan diversiya aktları ən azı 100 nəfərin ölümünə səbəb olub. Rəsmi Bağdad həmin şəxslərin İraqa təhvil verilməsini və “İraqda dinc sakinlərin qətlini planlaşdıran və həyata keçirən hərbi cinayətkarların mühakiməsi üçün beynəlxalq tribunal” yaradılmasını təklif edir. Rəsmi Bağdadın addımına cavab olaraq öz səfirinin İraqdan geri çağıran Suriya isə bu ölkəyə qarşı irəli sürülən ittihamları rədd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR