Bank Of Baku

İranın ali dini lideri Seyid Əli Xamneyi: “Müxalifətin xarici dövlətlərdən yardım almasına dair əlimdə sübut yoxdur”

İranın ali dini lideri Seyid Əli Xamneyi: “Müxalifətin xarici dövlətlərdən yardım almasına dair əlimdə sübut yoxdur”
# 27 avqust 2009 07:27 (UTC +04:00)
Tehran-APA. İranın ali dini lideri Seyid Əli Xamneyi müxalifət qüvvələrinin xarici dövlətlərdən yardım almasına dair sübutlara malik olmadığını etiraf edib. APA-nın məlumatına görə, Əli Xamneyi bildirib ki, prezident seçkilərindən sonra ölkədə iğtişaş törədənləri ABŞ, yaxud Britaniyanın göstərişi ilə hərəkət etməkdə ittiham edə bilməz. Qeyd edək ki, seçkilərdən sonra Tehranda törədilən kütləvi iğtişaşlar 150-yə yaxın insanın ölümünə səbəb olub. Prezidentliyə sabiq namizəd Mir Hüseyn Musəvinin tərəfdarları İran hakimiyyət orqanları seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham ediblər. Hadisələr zamanı rəsmi dairələr dəfələrlə baş verən iğtişaşların arxasında xarici dövlətlərin durduğunu bəyan edib. Bununla əlaqədar Böyük Britaniya və Fransanın diplomatik missiyalarının 4 əməkdaşı həbs olunub. Sonradan onlar zaminə buraxılsa da, kütləvi iğtişaşlar törətmək və casusluqla bağlı ittihamlar diplomatların üzərindən götürülməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR