Bank Of Baku

Əfqanıstanın Qunduz əyalətində baş verən partlayış nəticəsində 90 nəfər ölüb

Əfqanıstanın Qunduz əyalətində baş verən partlayış nəticəsində 90 nəfər ölüb
# 04 sentyabr 2009 08:38 (UTC +04:00)
Bakı – APA. Əfqanıstanın şimalındakı Qunduz əyaləti ərazisində güclü partlayış baş verib. APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində təxminən 90 nəfər ölüb. Əyalət qubernatoru Məhəmməd Ömər bildirib ki, əhali yanacaqla dolu sisternlərdən benzin götürərkən partlayış baş verib. Partlayışlara böyük ehtimalla NATO təyyarələrinin bombardmanı səbəb olub. Bu barədə sualı cavablandıran Əfqanıstandakı beynəlxalq hərbi koalisiyanın nümayəndəsi, kapitan Yon Stok deyib: “Mən bu gecə və ya səhər aviasiya zərbələri endirildiyini təsdiqləyə bilərəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR