Bank Of Baku

Tehranda tələbələr yeni kütləvi aksiyalara başlayıblar

Tehranda tələbələr yeni kütləvi aksiyalara başlayıblar
# 30 sentyabr 2009 08:51 (UTC +04:00)
Tehran-APA. İrandakı müxalif qüvvələr tələbələrin paytaxtda hökumət əleyhinə kütləvi aksiyalara yenidən start verdiyi barədə məlumat yayırlar. APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, dünən Tehran Universitetində prezidentliyə sabiq namizəd Mir Hüseyn Musəvinin tərəfdarı olan minlərlə tələbə mitinq keçiriblər. Onlar Musəvinin hüquqlarının bərpa olunmasını, həbsxanada olan müxalifətçilərin azadlığa buraxılmasını, işgəncə faktlarının araşdırılmasını tələb ediblər. Bu gün isə minlərlə tələbə küçələrə çıxaraq İranın elm naziri Kamran Danedjinin Tehranda yerləşən Şərif Universitetinə gəlməsinə etiraz ediblər. Aksiya iştirakçıları prezident seçkilərindən sonra keçirilən mitinqlərdə həbs olunan müxalifətçilərə işgəncə verilməsində bu şəxsin önəmli rol oynadığını iddia edirlər. Qeyd edək ki, hazırkı elm naziri Kamran Danedji prezident seçkiləri zamanı Daxili İşlər Nazirliyində yüksək vəzifələrdən birində çalışıb. Qeyd edək ki, sentyabrın 18-də Tehranda hökumət tərəfdarları ilə müxalifət nümayəndələri arasında baş verən toqquşma zamanı çoxlu şəxs həbs olunub. Rəsmi Tehran seçkilərdən sonra həbs olunan minlərlə şəxsin azadlığa buraxıldığını bildirsə də, müxalifət bunu əksini iddia edir.
Xatırladaq ki, İranda seçkilərdən sonra həbs olunan müxalifət nümayəndələrinə işgəncə verilməsi faktı müxtəlif səviyyələrdə təsdiqini tapıb. Prezidentliyə sabiq namizəd Mehdi Kərrubi seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz etdiyinə görə həbs olunan müxalifət nümayəndələrinin həbsxanalarda seksual zorakılığa məruz qaldığına dair sübutları təqdim etməyə hazır olduğunu bildirib. O məmurlardan bu faktları araşdırmağı tələb edib. Kərrubi həmçinin həbsxanalarda bir neçə müxalifətçinin işgəncə verilərək öldürüldüyünə dair faktlara malik olduğunu da deyib. O həbsxanada seksual zorakılığa məruz qalan müxalifətçi bir kişi və qadının ifadələrini də açıqlayıb: “Gənc kişi və qadınların həbsxanada zorlamaya məruz qaldığı barədə çoxlu şahid ifadələri var. Əgər həbs olunanlara qarşı zorakılıq hallarına son qoyulmasa və hökumət bu faktları inkar etməkdə davam etsə, biz daha dəqiq məlumatları dərc edəcəyik. Bizim əlimizdə kifayət qədər belə faktlar var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR