Bank Of Baku

Mərkəzi Asiyanın ən böyük məscidinin tikintisinə başlanılıb

Mərkəzi Asiyanın ən böyük məscidinin tikintisinə başlanılıb
# 05 oktyabr 2009 22:45 (UTC +04:00)
Bakı – APA. Düşənbədə Mərkəzi Asiyanın ən böyük məscidinin tikintisinə başlanılıb. APA-nın xəbərinə görə, məscidin təməl daşını tacikistan prezidenti İmaməli Rəhmon qoyub.
7,5 hektar ərazidə tikiləcək məsciddə 150 min insan eyni vaxtda ibadət edə biləcək. Burada İslam Universiteti, kitabxana, muzey, xüsusi konfrans zalları və fəvvarələr də olacaq.
Birləşmiş Ərəb Əmirliklərinin “Adnan Safarini” şirkətinin tikəcəyi məscid beş ildən sonra hazır olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR