Bank Of Baku

Çin məhkəməsi xan və uyğurlar arasında baş verən qarşıdurmanın əsas səbəbkarına ölüm hökmü çıxarıb

Çin məhkəməsi xan və uyğurlar arasında baş verən qarşıdurmanın əsas səbəbkarına ölüm hökmü çıxarıb
# 10 oktyabr 2009 07:52 (UTC +04:00)
Pekin – APA. Çin Xalq Respublikasının məhkəməsi Quandun əyalətində fəaliyyət göstərən «Süyji» oyuncaq fabrikində xan və uyğur millətlərinin nümayəndələri arasında baş verən qarşıdurmanın əsas səbəbkarı üçün ölüm hökmü çıxarıb. APA-nın «Sinxua» informasiya agentliyinə istinadən verdiyi məlumata görə, təqsirləndirilən şəxsin adı və qarşıdurmadakı rolu dəqiqləşdirilmir.

Xatırladaq ki, bu ilin iyun ayının 26-da fabrikdə baş verən qarşıdurma nəticəsində iki uyğur öldürülüb. İstintaq zamanı hadisə iştirakçılarının 13-ü, internet vasitəsi ilə yalan məlumat yaymaqda suçlanan daha iki nəfər isə həbs olunub.

Qeyd edək ki, bu hadisçə öz növbəsində iyulun 5-də Urumçi şəhərində kütləvi iğtişaşlara səbəb olub və həmin gün baş verən toqquşma nəticəsində təxminən 200 nəfər həlak öldürülüb. Rəsmi məlumatlara görə, hüquq mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı ümumilikdə 319 nəfər həbs edilib. Lakin ABŞ-da yaşayan Ümumdünya Uyğur Konqresinin sədri Rəbiyyə Qadir (Rebiya Kadeer) Çində baş verən hadisələr zamanı 10 minədək uyğur itkin düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR