Bank Of Baku

Silahlılar Baş Qərargaha hücum edib

Silahlılar Baş Qərargaha hücum edib
# 10 oktyabr 2009 09:47 (UTC +04:00)
İslamabad – APA. Bu gün səhər saatlarında yaraqlılar Pakistan Ordusunun İslamabad şəhəri yaxınlığında yerləşən Baş Qərargahına hücum ediblər. APA-nın «BBC News»a istinadən verdiyi xəbərə görə, silahlılar qərargahın binasına soxulmaq istəsələr də, binanı mühafizə əsgərlərin müqaviməti ilə üzləşiblər.

«Reuters» agentliyi isə xəbər verir ki, əsgərlər ağ rəngli «Suzuki» avtomobilini idarə edən ehtimal olunan terrorçuya atəş açıblar.

Bəzi məlumatlara görə, qərargahın binası qarşısında atışma hələ də davam edir. Hərbçilər bütün yolları mühasirəyə alıblar, hadisə yerinə həmçinin hərbi vertolyot cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR