Bank Of Baku

Pakistan hökuməti “Taliban”a qarşı müharibəyə başlayıb

Pakistan hökuməti “Taliban”a qarşı müharibəyə başlayıb
# 17 oktyabr 2009 11:51 (UTC +04:00)
Bakı – APA. Pakistan ordusu “Taliban” yaraqlılarının istinadgahı sayılan Cənubi Vəziristan əyalətində genişmiqyaslı əməliyyatlara başlayıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, əməliyyatlara 28 min hərbçi cəlb edilib.
Hücum əməliyyatında quru qoşunları ilə yanaşı, Hərbi Hava Qüvvələrinin təyyarələri də iştirak edir. Kütləvi tələfatdan yayınmaq üçün dinc əhali ərazidən evakuasiya edilib.
Qeyd edək ki, Pakistan hökuməti Cənubi Vəziristan əyalətində əməliyyatlara başlamaq qərarını oktyabrın 16-da qəbul edib. Bu ölkənin Müdafiə Nazirliyi əməliyyatı iki ay ərzində yekunlaşdırmağı nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR