Bank Of Baku

İran Zahedanda törədilən terror aktına görə ABŞ və Böyük Britaniyanı günahlandırıb

İran Zahedanda törədilən terror aktına görə ABŞ və Böyük Britaniyanı günahlandırıb
# 19 oktyabr 2009 06:55 (UTC +04:00)
Tehran-APA. Rəsmi Tehran Zahedan vilayətində törədilən və İslam İnqilabı Mühafizəçiləri Korpusunun altı yüksək rütbəli zabitinin ölümünə səbəb olan terror aktına görə məsuliyyəti ABŞ və Böyük Britaniyanın daşıdığını bəyan edib. APA-nın məlumatına görə, İran parlamentinin spikeri Əli Laricani terror aktının ABŞ-ın fəaliyyətinin nəticəsi olduğunu deyib: “Bu, Amerikanın ölkəmizə qarşı yürütdüyü düşmənçilik siyasətinin təzahürüdür”. İran dövlət televiziyası isə etibarlı mənbələrə Britaniya hökumətinin terror aktı hazırlığı ilə əlaqəsi olduğu barədə xəbər yayıb. İslam İnqilabı Mühafizəçiləri Korpusunun rəhbərliyi də terror aktının həyata keçirilməsində “xarici elementlərin” iştirakı olduğunu bəyan edib. Zahedan şəhər prokuroru isə terror aktına görə məsuliyyəti öz üzərinə “Candallah” sünni terror qruplaşmasının götürdüyünü bildirib. İran hakimiyyət orqanları dəfələrlə bu təşkilatı terrorçu fəaliyyətdə günahlandırıblar. İran Daxili İşlər Nazirliyinin yaydığı son məlumata görə, Pişin şəhərində törədilən terror aktı nəticəsində 29 nəfər ölüb, 28 nəfər yaralanıb. Ölənlər arasında İslam İnqilabı Mühafizəçiləri Korpusunun quru qoşunlarının komandanın müavini Nur Əli Şüştəri və korpusun Sistan və Bəlucistan vilayətlərindəki bölmələrinin komandanı general Məhəmməd Zadeh də var. Digər mənbələr isə terror aktında 70-dən çox insanın, o cümlədən İslam İnqilabı Mühafizəçiləri Korpusunun 6 generalının öldüyü barədə məlumat yayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR