Bank Of Baku

İranın Qəzvin şəhərində 2 avtomobilin toqquşması nəticəsində 7 nəfər ölüb

İranın Qəzvin şəhərində 2 avtomobilin toqquşması nəticəsində 7 nəfər ölüb
# 23 mart 2010 08:47 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Qəzvin əyalətində, Qəzvin-Saqqızabad yolunda iki minik avtomobilinin toqquşması ölümlə nəticələnib. APA-nın “Farsnews”a istinadən verdiyi məlumata görə, hadisə martın 23-də səhər saatlarında baş verib. Qəzvin əyalətinin polis idarəsinin mətbuat katibi Danyal Səmədizadə deyib ki, İran istehsalı olan “Pejo” “Səmənd”in yoluna çıxıb və avtomobillər toqquşub. Avtomobillərin toqquşması nəticəsində “Pejo” maşınındakı 6 nəfər və “Səmənd” maşınının sürücüsü yeridəcə dünyasını dəyişib. D. Səmədizadə Novruz bayramı günlərində Qəzvin əyalətində ümumilikdə maşın toqquşmaları nəticəsində 14 nəfərin öldüyünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR