Bank Of Baku

Dubay məhkəməsi iki Çeçenistan yaraqlısı barəsində hökm çıxarıb

Dubay məhkəməsi iki Çeçenistan yaraqlısı barəsində hökm çıxarıb
# 12 aprel 2010 23:48 (UTC +04:00)
Bakı-APA. Dubay məhkəməsi Çeçenistan yaraqlılarının sabiq komandirinin iki yardımçısını qətllər həyata keçirməkdə ona kömək etməkdə günahkar bilərək, 25 il həbs cəzasına və bundan sonra isə ölkədən deportasiyaya məhkum edib.

APA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, Biri İran vətəndaşı və digəri tacikistanlı biznesmen olan həmin şəxslər təqsirli olmadıqlarını deyiblər. Prokurorlar həmin şəxsləri 2009-cu ilin mart ayında Dubayda luks yaşayış evlərinin yaxınlığında Sulim Yamadayevi qətlə yetirənlərə yardım etməkdə ittiham edirdilər.

İranlının Yamadayevi qətlə yetirmək üçün qatilə silah verdiyi, tacikistanlı biznesmenin isə Yamadayevin olduğu yerlər barədə məlumatlandırdığı deyilirdi.

Yamadayev 1990-cı illərdə Rusiyaya qarşı mübarizə aparan Çeçenistandakı üsyançıların sabiq lideri idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR