Bank Of Baku

Çində baş verən zəlzələdə azı 300 nəfər ölüb

Çində baş verən zəlzələdə azı 300 nəfər ölüb
# 14 aprel 2010 10:12 (UTC +04:00)
Bakı – APA. Çinin şimal-qərbindəki Tsinhay vilayətində baş verən zəlzələ nəticəsində təxminən 300 nəfər ölüb, 8 minə yaxın adam yaralanıb. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, dağıntılar altında xeyli adam qalıb.

Zəlzələ yerli vaxtla saat 07.49-da Holmud şəhərindən 380 km aralıda qeydə alınıb. Yeraltı təkanların gücü 6,9-7,1 bal gücündə olub. Episentrə yaxın Tszequ şəhərində tikililərin 85 faizi dağılıb. Xilasetmə işlərinə 1700-ə yaxın adam, o cümlədən polis cəlb olunub. Dağıntılar altından azı 900 nəfərin çıxarıldığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR