Bank Of Baku

Çində zəlzələ nəticəsində ölənlərin sayı 1144 nəfərə çatıb

Çində zəlzələ nəticəsində ölənlərin sayı 1144 nəfərə çatıb
# 17 aprel 2010 07:36 (UTC +04:00)
Bakı-APA. Çinin Tsinxay vilayətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1144 nəfərə çatıb. APA-nın məlumatına görə, yerli hakimiyyət orqanları 417 nəfərin taleyindən məlumat olmadığını bildirirlər. Ümumilikdə təbii fəlakət zamanı 11744 nəfər yaralanıb, mindən artıq yaralının vəziyyəti çox ağırdır. Xatırladaq ki, 7,1 bal gücündə zəlzələ vilayətin Tszequ şəhərini yerlə yeksan edib. Xilasetmə əməliyyatlarına 50 mindən artıq hərbçi cəlb olunub. Yerli mənbələr ölənlərin sayının rəsmi rəqəmlərdən ən azı iki dəfə artıq olduğunu iddia edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR