Bank Of Baku

İran prezidenti: “ABŞ İranı ittiham etmək əvəzinə regionda nüvə silahına malik digər ölkələrə təzyiq etsə daha yaxşı olardı” - FOTOSESSİYA

İran prezidenti: “ABŞ İranı ittiham etmək əvəzinə regionda nüvə silahına malik digər ölkələrə təzyiq etsə daha yaxşı olardı” - <font color=red>FOTOSESSİYA </font>
# 17 aprel 2010 10:54 (UTC +04:00)
APA-nın konfransın işini işıqlandırmaq üçün ezam olunmuş müxbirinin verdiyi məlumata görə, “Sülh məqsədli nüvə hamı üçün, atom silahı heç kim üçün” adı altında keçirilən beynəlxalq konfransda İranın xarici işlər naziri Mənuçöhr Mottəki çıxış edib. O, ölkəsinin mövzu ilə bağlı mövqeyini açıqlayıb.

Tədbirdə çıxış edən İran prezidenti Mahmud Əhmədinejad isə ABŞ-ı və onu dəstəkləyən dövlətləri tənqid edib. M. Əhmədinejad bildirib ki, onun ölkəsi bu konfrans vasitəsi ilə Avropa və Qərb dövlətlərinə qarşı İranın dinc məqsədlər üçün nüvə enerjisinə sahib olmaq məqsədilə apardığı mübarizəsini davam etdirəcək: “ABŞ bilsin ki, atom bombasının vaxtı keçib. İnsanlar sülh və əmin-amanlıq istəyir. Çünki artıq insaniyyət dövrüdür. Dinc məqsədli nüvə enerjisi əldə etmək hamının haqqıdır, o cümlədən də İranın... Biz bu məqsədimizə çatmaq üçün fəaliyyətimizi davam etdirəcəyik”.

İran prezidenti deyib ki, nüvə silahının əleyhinə çıxan ABŞ dünyada bu silahı tətbiq edən ilk ölkə olub: “Yaponiyaya ilk atom bombası atan ABŞ olub. Məsləhət verirəm ki, ABŞ Əfqanıstanda və İraqda törətdikləri qətliamlardan danışsın. Yaxşı olar ki, ABŞ regionda nüvə silahı olan ölkələrə təzyiq göstərsin, İranı ittiham etməsin. Hesab edirəm ki, nüvə enerjisindən istifadə hamı üçündür, amma atom bombası heç kim üçün... Artıq ABŞ-ın yanaşmaları köhnəlib və tarixin zibil qutusuna atılıb. İndi sülh dövrüdür”.

Qeyd edək ki, bu gün işə başlayan Tərksilah üzrə beynəlxalq konfransda 70-ə yaxın ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Çin, Yaponiya və digər ölkələrdən nümayəndələr iştirak edir. Konfransda 15-dən çox ölkənin jurnalistləri qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR